• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Yeni hücum Rusiyaya baha başa gələcək” - Dmitri Kuleba

DÜNYA

25 Noyabr 2021 | 19:32

“Yeni hücum Rusiyaya baha başa gələcək” - Dmitri Kuleba

“Ukraynaya yeni hücumun çox baha başa gələcəyini Rusiyaya başa salmağa çalışırıq ki, buna cəhd etməsinlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Kuleba onlayn mətbuat konfransında qeyd edib ki, Ukraynanın məqsədi Rusiyanı aqressiv hərəkətlərdən çəkindirməkdir.

Ukrayna XİN rəhbəri əlavə edib ki, Moskva yeni bir hücum olacağı təqdirdə, siyasi, iqtisadi və insan itkisi baxımından verəcəyi zərəri anlamalıdır.

Son zamanlar beynəlxalq ictimaiyyətin Rusiyaya münasibətinin sərtləşdiyini vurğulayan Kuleba bir çox paytaxtlarda Rusiya iqtisadiyyatına zərər verəcək iqtisadi tədbirlərin hazırlandığını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026