• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Moskvada erməni sahibkara 6 illik həbs cəzası verildi

DÜNYA

25 Noyabr 2021 | 20:46

Moskvada erməni sahibkara 6 illik həbs cəzası verildi

Moskvanın Koptevski məhkəməsi “Optima Development” şirkətinin sahibi, erməni sahibkar Albert Xudoyanı 3,7 milyard rubldan çox dəyərində daşınmaz əmlakı mənimsəməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Moskva prokurorluğundan bildirilirb. 

“Koptevski Rayon Məhkəməsi mütəşəkkil dəstə tərəfindən xidməti mövqeyindən istifadə etməklə və xüsusilə külli miqdarda dələduzluq törətdiyinə görə Albert Xudoyanı 800 min rubl cərimələyib və 6 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onun şəriki Sergey Konoplevi 200 min rubl cərimə ilə 3 il müddətinə azadlıqdan məhrum edib. Hər iki məhkum cəzalarını ümumi rejimli koloniyada çəkəcəklər”, - məlumatda deyilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR