NASA yeni nəsil "Ceyms Vebb" Kosmik teleskopunu kosmosa göndərib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Avropa və Kanada kosmos agentlikləri ilə ortaq şəkildə həyata keçirilən layihə ilə 10 milyard dollara hazırlanan teleskopun 1990-cı ildən bəri Yer orbitində olan "Hubble" Kosmik teleskopunu əvəz etməsi planlaşdırılır.
















