Türkiyənin İstanbul hava limanında uçuşlar yerli vaxtla saat 18:00-dək dayandırılıb.
Bu barədə Bakıvaxtı.az "Haber Global"a istinadla xəbər verir.
Məlumata görə, uçuş və eniş zolağından qar təmizlənənədək hava limanına təyyarələrin enməsi və qalxması dayandırlılıb. Qar yağması səbəbindən İstanbul Hava Limanına enmək istəyən təyyarələr uçuş-enmə zolağında qar təmizləmə və əyləc sisteminin ölçülməsi səbəbindən havada dövrə vurmalı olublar. Yanacaq böhranına girən biri yük təyyarəsi olmaqla iki təyyarə başqa limanlara yönləndirilib.
İstanbula yanvarın 23-dən yağan qarın ysabahadək davam edəcəyi gözlənilir.
Ramid İbrahimov
















