Türkiyədə avtobus qəzası olub.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mersin vilayətində işçiləri aparan avtobus qəzaya uğrayıb.
Hadisə nəticəsində avtobusda olan 16 nəfərdən 15-i xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, avtobusun sərnişinləri Akkuyu atom elektrik stansiyasının tikintisində fəaliyyət göstərən işçilər olub.
Nuranə Daxilqızı
















