"Pfizer"in baş direktoru Albert Bourla COVID-19 epidemiyası ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş direktor şirkətin COVID-19-un bütün mutasiyalarını əhatə edən və ildə bir dəfə tətbiq olunacaq peyvənd hazırlamağa çalışdığını deyib. Onun sözlərinə görə, insanları ildə bir dəfə peyvənd olunmağa inandırmaq asandır: "Virus məhv olmayacaq və uzun illər bizimlə olacaq. Bir neçə aydan sonra normal həyata qayıda bilərik. "Omicron kimi bizim nəzarət edə biləcəyimiz anomaliyalar ola bilər".
Şirkətin üzərində çalışdığı peyvənd haqqında danışan Bourla, daha çox mutasiyaya rast gəlinə biləcəyini ibildirərək, qeyd edib ki, bu virus yeni mutasiyalar yarada bilər, peyvənd və immun qorumada ona təsir göstərmir.
Ramid İbrahimov
















