• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Paşinyan Blinkenlə telefonda danışdı

DÜNYA

13 Sentyabr 2022 | 09:24

Paşinyan Blinkenlə telefonda danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ermənitan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Blinken mövcud vəziyyətlə bağlı Amerika tərəfinin dərin narahatlığını ifadə edib və vəziyyətin daha da gərginləşdirilməsini yolverilməz hesab edib. ABŞ dövlət katibi vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026