• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Paşinyan Əliyevlə görüşə gəlməyə hazırdır - “Mina xəritələrini də aparacam”

GÜNDƏM

03 Oktyabr 2021 | 23:54

Paşinyan Əliyevlə görüşə gəlməyə hazırdır - “Mina xəritələrini də aparacam”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.

Bakıvaxtı.az “Armenpress”ə istinadən xəbər verir ki, o, bunu Vilnüsdə erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

Paşinyan görüşdə mina xəritələri barədə də danışıb. O bildirib ki, Qarabağı işğalda saxladıqları müddətdə basdırdıqları minaların xəritələrini də Azərbaycan Prezidenti ilə görüşə aparmağa hazırdır.

Erməni Baş nazir bunun üçün iddia edir ki, guya Azərbaycanda olan erməni əsirlər geri qaytarılmalıdır. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində bütün erməni əsirlərin təhvil verildiyini bildirib. Bundan başqa, İlham Əliyev “France 24” müsahibəsində bildirib ki, Nikol Paşinyanla görüşməyin əleyhinə deyil.

Dövlət başçısı qeyd edib ki, görüş ATƏT-in Minsk qrupu tərəfindən təşkil olunarsa, Nikol Paşinyan ilə görüşə etiraz etmir. (qafqazinfo.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026