• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan Pakistandan qırıcı təyyarələr ala bilər

GÜNDƏM

02 Noyabr 2021 | 12:33 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Pakistandan qırıcı təyyarələr ala bilər

Azərbaycan Pakistandan "JF-17 Thunder" qırıcılarının satın alınmasına maraq göstərib.

Bakıvaxtı.az bu barədə Pakistan KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib.

Onun sözlərinə görə, Azərbaycan "JF-17 Block 3" modifikasiyalı qırıcını əldə etmək niyyətindədir.

Qeyd edək ki, "JF-17 Block 3" ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026