• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəhid zabitlərlə vida mərasimində izdiham - FOTOLAR

GÜNDƏM

01 Dekabr 2021 | 13:15

Şəhid zabitlərlə vida mərasimində izdiham - FOTOLAR

Dünən Xızıda helikopter qəzası zamanı şəhid olan hərbçilərlə vida mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasiminin keçirildiyi Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksinin qarşısında izdiham var.

Sıravi vətəndaşlar vida mərasiminə buraxılmayıb. Mərasimdə dövlət adamları, şəhidlərin ailə üzvləri və qohumları iştirak edirlər.

Yaxınlarının verdiyi məlumata görə, hərbçilər İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu,  kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam  Əlixan oğlu, kapitan Qaraisayev Teymur  Ənvər oğlu, leytenant  Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub.

Ramid İbrahimov


Şəhid zabitlərlə vida mərasimində izdiham - FOTOLARŞəhid zabitlərlə vida mərasimində izdiham - FOTOLARŞəhid zabitlərlə vida mərasimində izdiham - FOTOLARŞəhid zabitlərlə vida mərasimində izdiham - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026