• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə zəng etdi

GÜNDƏM

30 Noyabr 2021 | 16:06 | Müəllif: Subhan Mahmudov

Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə zəng etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə telefon danışıqları olub.

Bakıvaxtı.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir  ki,  H. Akar hərbi helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib.

“Hulusi Akar dost və qardaş Azərbaycan xalqına da başsağlığı verib”, - bildirilib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR