• Bakı 21° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Bu quruma YENİ BAŞ DİREKTOR təyin olundu - FOTO

GÜNDƏM

25 Dekabr 2021 | 20:00 | Müəllif: Subhan Mahmudov

Bu quruma YENİ BAŞ DİREKTOR təyin olundu - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) baş direktor təyin edilib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Klaus Müller gətirilib.

2016-2020-ci illərdə "Azərfon" MMC-nin icraçı direktoru olan K.Müller həmçinin "Deutsche Telekom" şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.

K.Müllerin bu təyinata qədər son iş yeri isə "McKinsey & Co" şirkətində xarici məsləhətçi vəzifəsində olub.

Bu vaxta qədər "Aztelekom"un baş direktoru vəzifəsini müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Samir Məmmədov icra edirdi.

Təyinatla bağlı faktı qurumdan təsdiq ediblər.


Bu quruma YENİ BAŞ DİREKTOR təyin olundu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026