• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Manat bahalaşır: “Bu iqtisadi inkişafa, xüsusən ixraca ağır zərbədir”  

GÜNDƏM

27 Dekabr 2021 | 16:24

Manat bahalaşır: “Bu iqtisadi inkişafa, xüsusən ixraca ağır zərbədir”

Cari ilin noyabrında Azərbaycanda nağd dollar alışı kəskin artıb. Mərkəzi Bankın məlumatına görə, sentyabrda nağd dollar alışı 95,4 milyon, oktyabrda 159,3 milyon olduğu halda, noyabrda bu rəqəm 2 dəfə artaraq 317 milyon dollara çatıb.  

Bakıvaxtı.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Azərbaycan milli valyutası devalvasiyanın baş verdiyi 2015-ci ildən sonra əsas ticarət partnyorlarının valyuta səbətinə münasibətdə ən yüksək həddə bahalanıb: “Bu ilin noyabrında manatın qeyri-neft nominal effekiv məzənnəsi 2016-cı ilə nisbətən 29% yüksəkdir. Halbuki 2015-ci ilin yekunlarına nisbətən 2016-cı ildə qeyri-neft nominal effekiv məzənnə 30% ucuzlaşıb.

Problem ondadır ki, son 2 ildə Azərbaycanda inflyasiya səviyyəsi ticarət partnyorlarının orta çəkili inflyasiya səviyyəsindən yüksək olduğu üçün manatın real effektiv məzənnəsi daha üstün sürətlə bahalanır. Ən azından hökumət inflyasiyanın daha aşağı səviyyəsinə nail olsaydı, yüksək templi nominal bahalanmanın müəyyən hissəsi aşağı inflyasiya sayəsində daha aşağı göstəricilərə real effektiv məzənnəyə ötürülərdi”.

Ekspert bildirib ki, manatın nominal effektiv məzənnəsinin sürətlə və davamlı bahalandığı şəraitdə inflyasiyanın da əsas ticarət partnyorlarına nisbətən yüksək olması iqtisadi inkişafa, xüsusən ixraca ağır zərbədir: “Üstəgəl, nəzərə almaq lazımdır ki, məsələ təkcə qeyri-neft ixracatının rəqabət potensialının zəif saxlanmasında da deyil. Bu cür məzənnə şərtləri idxalı daha ucuz və sərfəli edir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR