• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Naxçıvanda komanda-qərargah təlimi davam edir - VİDEO

GÜNDƏM

02 Noyabr 2021 | 17:32 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda komanda-qərargah təlimi davam edir - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmələrlə keçirilən komanda-qərargah təlimi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, komanda-qərargah təlimində müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrinin praktiki fəaliyyətlərə cəlb olunan bölmələri “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb.

Döyüşü idarəetmə mərkəzlərində qoşunların fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış işçi qrupların müasir texniki vasitələr üzərindən məlumat mübadiləsini aparmaq bacarıqları yoxlanılır.

Təlimdə müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, ayrı-ayrı tapşırıq yerinə yetirən taktiki və xüsusi qrupların fəaliyyətinin uzlaşmasına nail olmaq, komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbul edib tabelikdə olanlara çatdırmasını təmin etmək əsas məqsədlər kimi qarşıya qoyulub.

Komanda-qərargah təlimi  noyabrın 6-dək davam edəcək.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026