• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Paşinyan fürsəti qaçırdı - Ekspert

CƏMİYYƏT

15 Sentyabr 2022 | 11:51

Paşinyan fürsəti qaçırdı - Ekspert

“Ermənistanın baş naziri Nikol Paşinyan son toqquşmalar fonunda İkinci Qarabağ müharibəsində olduğu kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsini tələb edib. Paşinyanın təkidi əsasında təşkilata üzv dövlətlərin liderləri videoformat çətçivəsində qısa müzakirə keçiriblər. Bir daha bəlli oldu ki, Ermənistanın təxribatlarına görə təşkilata üzv dövlətlər Azərbaycan əleyhinə qərar qəbul etmək istəmirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, KTMT-də Ermənistan xaricində üzv dövlətlərin Azərbaycanla sıx tərəfdaşlıq münasibətləri var.

Təşkilatın üzvlərindən Qazaxıstan prezidenti Kasım Jomərt Tokayevin avqust ayında Azərbaycana səfər etdiyini xatırladan Elxan Şahinoğlu qeyd edib ki, Tokayev Azərbaycanla strateji tərəfdaşlığın strateji müttəfiqlik səviyyəsinə qaldırıldığını deyib: "Tokayev videformat çərçivəsində keçirilən müzakirədə Paşinyana bir daha xatırladıb ki, Ermənistanın Azərbaycanla mübahisəsinə qarışmayacaqlar, bunun əvəzinə sülh sazişinin imzalanmasını dəstəkləyirlər. KTMT Paşinyanı sakitləşdirmək üçün sadəcə Ermənistana ekspert qrupu göndərəcək. Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının bu gün işinə başlayan zirvə toplantısına qatılmaması KTMT üzvlərinin xoşuna gəlməyəcək. Azərbaycan prezidenti İlham Əliyev toplantıda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək. Halbuki, Paşinyan Səmərqənddə İlham Əliyevlə görüşüb son vəziyyəti müzakirə edə bilərdi. Paşinyan bu fürsəti qaçırdı”.

E.Şahinoğlu bildirib ki, bu arada, Çin lideri Tsi Sinpinin Səmərqənddən əvvəl Qazaxıstana səfəri diqqət mərkəzində idi:

“Tokayev Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Çin Qazaxıstanın əsas ticarət tərəfdaşlarındandır. Si Sinpin də çıxışında ölkəsinin Qazaxıstanla əlaqələrə önəm verdiyini bildirib. Si Sinpinin sonrakı cümləsi də maraqlıdır: “Pekin bundan sonra da Qazaxıstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək”. Əslində Si Sinpinin bu cümləsi Kremlə mesajdır. Çünki məhz Rusiyanın siyasi və ekspert darilərində Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar səsləndirilir və bu mediada yayımlanır. Qazaxıstanın ərazi bütövlüyünü dəstəkləmək Pekinə praktik baxımdan da vacibdir. Çindəki uyğurların bir hissəsi öz hüquqları uğrunda mübarizə aparır. Pekin bu mübarizəni Çinin ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir. Pekin Qazaxıstanın ərazi bütövlüyünü dəstəkləməklə Nursultanın da Çinin ərazi bütövlüyünü dəstəkləməsini istəyir. Çünki Çindəki rejimin işgəncələrindən qaçan uyğurların bir qrupu Qazaxıstanda sığınacaq tapıb”.

Politoloq qeyd edib ki, Çin Qazaxıstana milyardlarla dollar yatırım qoyub:

“Pekin “bir kəmər, bir yol” layihəsini reallaşdırmağa çalışır. Bu layihəyə xeyli ölkə cəlb olunub. Qazaxıstanla yanaşı Azərbaycan da bu layihənin tərkib hissəsi olmaq istəyir. Rəsmi Bakının Şanxay Əməkdaşlıq Təşkilatına marağı məhz bununla bağlıdır. İrəvan da Çinin “bir kəmər, bir yol” layihəsində iştiraka can atır. Ancaq Paşinyan bugünkü toplantıya qatılmamaqla Ermənistanın bu layihədə iştirakı imkanını minimuma endirir”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026