• Bakı 25° C

    19.95 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Payız depressiyası: Psixoloq mübarizə yollarından danışır

CƏMİYYƏT

14 Oktyabr 2024 | 16:56

Payız depressiyası: Psixoloq mübarizə yollarından danışır

 

Payızın gəlişi ilə havalar artıq buludlu, yağıntılı, tutqun olmağa başlayıb. Belə havada əksər insanlarda ruh dəyişkənliyi müşahidə olunur. Bəzi insanlarda əhval-ruhiyyə olmur, bir sözlə depressiyaya düşürlər.

Bəs bu kimi hallar baş verəndə insanlar nə etməlidir, bununla necə mübarizə aparmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, payız fəslinin gəlişi insanların əhval-ruhiyyəsinə təsirsiz ötüşmür. Payız fəslini sevən, onun gəlişini gözləyən insanlarla yanaşı belə havanı sevməyənlərin də olduğunu vurğuluyub.

G.Kəriminin sözlərinə görə, payız problemləri, ayrılıqları bir sözlə, həyatımızdakı xoş olmayan hadisələri bizə xatırlada bilir. İnsanda yorğunluq, iştahsızlıq, həvvəssizlik, asosiallığa səbəb ola bilir. Bununla yanaşı özünə qapanma, kədər hissi müşahidə olunur. Bütün bu hallar uzun sürən zaman buna payız depressiyasıda demək mümkündür.

Günay Kərimi, Psixoloq

Müsahibimiz qeyd edib ki, bəzən də sadəcə yay fəslinin bitməsi ilə payıza adaptasiya ola bilməyən insanlarda bu kimi hallar baş verir. Belə olduğu zaman depressiyaya düşən insanlar özlərini bu əhval-ruhiyyədən çıxarmalıdırlar:

“Evdən çıxıb yürüş etməklə, təmiz havada çox vaxt keçirməklə, dostlarla bir arada olmağa çalışmaqla, aktiv həyat tərzi keçirməklə insan öz əhval-ruhiyyəsini düzətməli, depressiyadan çıxmalıdır. Hər bir halda insan yaşadığı hər andan hər dəqiqədən zövq almalıdır”.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026