Bakıda minik avtomobili yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
“Opel” markalı minik avtomobilinin mühərrik hissəsi və qismən idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















