• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Pepsi Azərbaycan” eyni xətaya görə 4-cü dəfə CƏRİMƏLƏNDİ 

CƏMİYYƏT

06 Sentyabr 2022 | 16:59

“Pepsi Azərbaycan” eyni xətaya görə 4-cü dəfə CƏRİMƏLƏNDİ

Amerikanın alkoqolsuz içki istehsalçısı “PepsiCo”nun Azərbaycandakı törəmə şirkəti barəsində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cərimə protokolu tərtib edilib.

Bakıvaxtı.az
xəbər verir ki, DGK “Pepsico Azərbaycan” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.

Bildirək ki, şirkət 2020-ci ilin iyul ayında, 2021-ci ilin sentyabr ayında və 2022-ci ilin iyun ayında eyni maddə ilə məhkəməlik olub.

Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Ramid İbrahimov
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR