Son günlər qızılca xəstəliyi geniş yayılmağa başlayıb. Mütəxəssislər bundan qorunmağın yeganə yolu kimi peyvəndlənməni göstərirlər. Amma peyvəndin mənşəyi və tərkibi barədə müxtəlif iddialar səsləndirildiyindən, valideynlər övladlarını peyvənddən yayındırırlar. Bəzi dindarların peyvəndin haram olduğunu iddia etməsi də, əksəriyyətin fikrinə təsirsiz ötüşmür.
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, peyvəndin tərkibində haram bir şey yoxdur: “Peyvənd ya müalicə, ya da profilaktika məqsədilə olunur. Yəni tibbi məqsədlə olunur, niyə haram olsun? Çox absurd fikirdir”.
“Hindistanda, Avropada istehsal olunduğu üçün haramdır deyirlər, yoxsa içərisində donuz intiriqentləri var deyə?” deyən infeksionist səslənə fikirləei məbasız adlandırır. Onun sözlərinə görə, peyvəndin tərkibində lap haram nəsə olsa belə, tibbi məqsədlə istifadə olunduğunu vurğulayıb.
“Bu fikirlərin düzgün olmadığını düşünürəm”, - deyə Mərdan Əliyev qeyd edib.
İlahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu cür insanlar hərşeyşünas olduğu üçün indi də bu mövzu haqqında fikir bildirirlər.
“Yəqin ki, biz bilməmişik, onlar, həm də biokimya üzrə mütəxəssis, bu sahə üzrə alimdirlər. Ona görə belə qərarlar verə bilirlər”, - ilahiyyatçı qeyd edib.
“Problem onlara belə məsələlərdə baş qoşanlardadır, onlar onsuz da problemlidir”, - deyə Elşad Miri vurğulayıb.
Aytac Aslan
















