Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 296 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 155, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9141 nəfərdir.
İndiyədək vurulan vaksinlərin ümumi sayı 2 169 185, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 279 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 889 829 nəfərə çatıb.










jpg-1624783761.webp)





