• Bakı 21° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Peyvəndlər autizm yaradır? – Psixoloqdan AÇIQLAMA

CƏMİYYƏT

07 Oktyabr 2025 | 11:48

Peyvəndlər autizm yaradır? – Psixoloqdan AÇIQLAMA

“Peyvəndlərin autizm yaratması barədə səsləndirilən iddiaların heç bir elmi əsası yoxdur”.

Bu fikri “Azərsun Holdinq”in Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün təşkil edilən maarifləndirici təlimdə kliniki psixoloq Milana Həsənova səsləndirib.

Psixoloqun sözlərinə görə, bu kimi iddialar tibbi və elmi araşdırmalarla təsdiqlənməyib:

“Bəzi valideynlər bildirirlər ki, uşaqları iki yaşına qədər normal inkişaf edib, lakin peyvənd vurulduqdan sonra davranış və ya ünsiyyət pozuntuları yaranıb. Mən bunu dəfələrlə vurğulamışam: bu hallar adətən genetik və ya anadangəlmə səbəblərlə əlaqəlidir”.

Milana Həsənova əlavə edib ki, sağlam orqanizmdə olmayan bir problemi sonradan iynə ilə bədənə “yeritmək” mümkün deyil:

“Əgər orqanizmdə müəyyən bir problem əvvəldən mövcuddursa, peyvənd bu prosesi yalnız sürətləndirə və ya aktivləşdirə bilər. Amma problem əvvəldən yoxdursa, peyvəndin onu yaratması elmi baxımdan mümkün deyil”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Oktyabr 2025