Ukrayna ordusuna məxsus olduğu iddia edilən pilotsuz uçuş aparatı (dron) təlim zamanı qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Ukrayna teleqram kanallarında yayılıb.
Bildirilir ki, operatoru evin həyətində pilotsuz təyyarəni idarə etmək üçün məşq edərkən dron pişiyin "hücumuna" məruz qalıb. Dron uçarkən pişik pəncəsi ilə ona toxunub.
Nəticədə dron dirəyə çırpılıb və sıradan çıxıb.
Həmin görüntüləri təqdim edirik: