• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Polis əməliyyat keçirdi - Saxlanılanlar var

CƏMİYYƏT

25 Iyul 2022 | 10:39

Polis əməliyyat keçirdi - Saxlanılanlar var

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və kultivasiyasında şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Anar Salmanov tutulub.

Onun yaşadığı evə baxış keçirilən zaman İran sakinindən onlayn yolla əldə etdiyi 2 kiloqram 159 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, keçirilən digər əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Salmanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən saman 41 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.


Polis əməliyyat keçirdi - Saxlanılanlar var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026