• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polşada mədən partlayışı - 5 nəfər öldü

DÜNYA

20 Aprel 2022 | 19:10 | Müəllif: Subhan Mahmudov

Polşada mədən partlayışı - 5 nəfər öldü

Polşanın cənub-qərbindəki Pnevek kömür mədənində ard-arda iki partlayış baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, 20 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daha yeddi nəfərin mədəndə qaldığı deyilir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd olunur ki, birinci partlayışdan sonra xilasetmə işləri aparılarkən ikinci partlayış baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026