• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Prezident fərman imzaladı

SİYASƏT

15 Iyun 2022 | 12:23

Prezident fərman imzaladı

Prezident İlham Əliyev "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında" fərman imzalayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, fərmanla Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.

Nazirlər Kabineti xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026