• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi

SİYASƏT

24 Mart 2022 | 14:08 | Müəllif: Qalib İbrahimoğlu

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026