Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Bakıvaxtı.az-ın məlumatına görə, tədbirin rəsmi hissəsindən sonra dövlət başçısına maraqlı hədiyyələr təqdim olunub.
Bunlardan biri Emanuel Lüdviqoviç Nobelin original nüsxə (1909) kitabıdır.
Qeyd edək ki, Bütün dünyada neft ölkəsi kimi tanınan Azərbaycan XIX əsrin sonlarında neft hasilatı və emalına görə dünyada birinci yerdə qərarlaşıb. 1899-cu ildə dünyada hasil olunan neftin yarısı artıq Azərbaycanın payına düşürdü. Belə olan halda, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinə xarici kapitalın axını başladı. Həmin dövrdə neft sənayesində çalışan əcnəbilərdən arasında Nobel qardaşları da var idi.
Digər hədiyyə isə türk dünyasında, Qafqaz və Yaxın Şərqdə yayılan Dombra çalğı alətidir.