• Bakı 19° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Pensiyalar bu vaxtadək ödəniləcək

CƏMİYYƏT

13 Dekabr 2021 | 12:21 | Müəllif: Qalib İbrahimoğlu

Pensiyalar bu vaxtadək ödəniləcək

Respublika üzrə bütün pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR