• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

PSJ on futbolçusunu satmaq istəyir

İDMAN

16 Iyul 2023 | 18:53 | Müəllif: Subhan Mahmudov

PSJ on futbolçusunu satmaq istəyir

PSJ ötən mövsümü icarə əsasında keçirən bütün futbolçularını satmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, parislilər Leandro Paredes (“Yuventus”), Keylor Navas (“Nottinqem Forest”), Yulian Draksler (“Benfika”), Kolen Daqba (“Strasburq”), Corcinio Viynaldum (“Roma”), Leven Kurzava (“Fulhem”), Abdu Diallo (“Leypsiq”) və Mauro İkardi (“Qalatasaray”) ilə yollarını ayırmağı planlaşdırır.

PSJ bu futbolçuların hesabına maaş cədvəlində təxminən 60 milyon avroya qənaət etməyi düşünür.

Fransa çempionu, həmçinin 18 yaşlı müdafiəçi Əl Şadai Bitşiabı 20 milyon avroya “Leypsiq”ə satmağa ümid edir.

Bundan əlavə, parislilər 21 yaşlı hücumçu Yuqo Ekitiklə də vidalaşmağa hazırlaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026