• Bakı 18° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

“Barselona” iki oyuna baş məşqçisiz çıxacaq

İDMAN

15 Avqust 2023 | 14:26 | Müəllif: Subhan Mahmudov

“Barselona” iki oyuna baş məşqçisiz çıxacaq

“Barselona”nın baş məşqçisi Xavi Ernandes və yarımmüdafiəçisi Rafinya İspaniya La Liqasının I turunda “Xetafe” ilə oyunda qırmızı vərəqə alıblar.

Bakıvaxtı.az xəbər verir ki, həm məşqçi, həm də oyunçu iki matçlıq diskvalifikasiya olunacaqlar. Xavi və Rafinya La Liqada “Kadis” və “Vilyarreal”a qarşı keçiriləcək görüşü buraxacaqlar.

Qeyd edək ki, “Barselona” “Xetafe” ilə səfər matçında qolsuz heç-heçə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR