• Bakı 7° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Putin Azərbaycan hərbçilərinin iştirak etdiyi təlimi izləyib

DÜNYA

06 Sentyabr 2022 | 18:16

Putin Azərbaycan hərbçilərinin iştirak etdiyi təlimi izləyib

Rusiya prezidenti Vladimir Putin bu ölkənin Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin təlim bölgələrində sentyabrın 1-dən 7-dək keçirilən "Vostok-2022” hərbi təlimində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla birlikdə Sergeevski təlimi ərazisində yaradılmış qərargahdan təlimi izləyib.

Buryatya, Qoryaçie Klyuçi, Knyaz-Volkonski, Laqunnoye, Sergeevski, Telemba və Uspenovski təlim zonalarında keçirilən təlimdə iştirakçı ölkələrin hərbi-dəniz qüvvələri Oxot dənizi akvatoriyasında manevrlər və atəşlər həyata keçirib. Hava qüvvələrinin də sıx iştirak etdiyi təlimdə “Kalibr” və “Uran” gəmi əleyhinə qanadlı raketlər kimi strateji raketlərdən də istifadə edilib.

Təlimdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndələri, Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua da daxil olmaqla tərəfdaş ölkələrin hərbi birləşmələri iştirak edib. Manevrdə Suriya, Tacikistan və müşahidəçilər iştirak edib.

Çin-ABŞ gərginliyi ilə başlayan təlimdə Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə yanaşı, 14 ölkədən 50 min əsgər, 140 təyyarə və 60 döyüş gəmisi də daxil olmaqla 5 mindən çox silah və hərbi texnika iştirak edib. Rusiya prezidenti Vladimir Putinin izlədiyi təlimlərdə hava, quru və dəniz donanmasına aid hərbi maşınlar əvvəlcədən müəyyən edilmiş hədəfləri atəşə tutub.

Rusiya Müdafiə Nazirliyi təlimin görüntülərini paylaşarkən, bu təlimə qatılan yüksək səviyyəli hava, quru və dəniz qruplarından olan əsgərlərin üzləri təhlükəsizlik baxımından gizlədilib.

Vladimir Putinin də qatıldığı hərbi təlimlərin ən güclü manevrləri bu gün baş tutsa da, sabah təlimin son günü ilə əlaqədar rəsmi mərasimlərin keçiriləcəyi, iştirakçı ölkələrin ordu və əsgərlərinin geri dönəcəyi açıqlanıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026