• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin Moskvada Türkiyə rəsmilərini qəbul etməyəcək

DÜNYA

21 Iyun 2022 | 22:03 | Müəllif: Subhan Mahmudov

Putin Moskvada Türkiyə rəsmilərini qəbul etməyəcək

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Milli Müdafiə Nazirliyinin Moskvaya səfər edəcək nümayəndə heyəti ilə görüşməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, türkiyəli nümayəndələr burada rusiyalı həmkarları ilə müzakirələr aparacaq.

Qeyd edək ki, qarşıdakı həftədə Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri İstanbulda Ukrayna taxılının limanlardan çıxarılması ilə bağlı müzakirələr aparacaq.

Bundan öncə də Türkiyə MMN rəsmiləri Moskvaya səfər edərək müvafiq danışıqlarda iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026