• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Putin Şarl Mişellə Qarabağı müzakirə edib

SİYASƏT

24 Noyabr 2021 | 21:16 | Müəllif: Subhan Mahmudov

Putin Şarl Mişellə Qarabağı müzakirə edib

Rusiya prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Vladimir Putin Şarl Mişelin xahişi ilə Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi, bölgədə dinc həyatın bərqərar olunması, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar barədə məlumat verib.

Sözügedən məsələlərin Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçidə keçiriləcək görüşündə müzakirəsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR