• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zelenski İlham Əliyevə ZƏNG ETDİ

SİYASƏT

24 Dekabr 2021 | 16:44 | Müəllif: Qalib İbrahimoğlu

Zelenski İlham Əliyevə ZƏNG ETDİ

Dekabrın 24-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, Volodimir Zelenski dövlətimizin başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə təşəkkür edib.

Prezident İlham Əliyev və Prezident Volodimir Zelenski Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib və əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026