• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Putin Ukraynaya hücumun başladığını elan etdi

DÜNYA

09 Iyun 2023 | 19:12

Putin Ukraynaya hücumun başladığını elan etdi

"Ukrayna əks-hücum əməliyyatı başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.  

“Biz tam şəkildə deyə bilərik ki, Ukraynanın bu hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir”, - prezident deyib.

Bundan əvvəl Böyük Britaniyanın keçmiş Baş Qərargah rəisi Riçard Dannat BBC-yə müsahibəsində bildirmişdi ki, Ukrayna hərbçiləri Rusiya ordusunun müdafiə xəttində zəif yerlər axtarır. Dannatın sözlərinə görə, Kaxovka su elektrik stansiyasının dağıdılmasından sonra baş verən daşqın səbəbindən Ukrayna Silahlı Qüvvələri Xersondan keçərək Krıma doğru  irəliləyə bilməyəcək . Bu baxımdan əks-hücum gözlənildiyindən daha ləng başlayır. General bildirib ki, Ukrayna Silahlı Qüvvələri Qərb tankları və digər hərbi texnika ilə Rusiyanın mövqelərinə hücum etmək niyyətindədir.

Bloomberg həmçinin yazıb ki, Ukrayna qoşunları son bir həftə ərzində cənub istiqamətində hücuma cəhd edərkən texnikada əhəmiyyətli itkilər verib .


SON XƏBƏRLƏR

18 Mart 2024