• Bakı 18° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Putin və Salman OPEC əməkdaşlığını müzakirə ediblər

DÜNYA

18 Iyul 2024 | 14:39

Putin və Salman OPEC əməkdaşlığını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefonla danışıb.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) çərçivəsində əməkdaşlığın davam etdirilməsi məsələsi müzakirə olunub. Liderlər dostluq münasibətlərinin hazırkı səviyyəsini yüksək qiymətləndirib və enerji bazarında sabitliyin qorunması üçün OPEC Plus çərçivəsində sıx koordinasiyanın vacibliyini vurğulayıblar.

"Vladimir Putin və Məhəmməd bin Salman bir sıra ikitərəfli siyasi, ticarət, iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.  Liderlər müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər". 

Gülşən Şərif


SON XƏBƏRLƏR

09 May 2025