“Hazırda beynəlxalq arenada onun kimi çox az adam var. O, xalqımızın böyük dostu idi” deyib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bunu Rusiya prezidenti Vladimir Putin 86 yaşında dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ölümü ilə bağlı verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Berluskoni Rusiya ilə Avropa ölkələri arasında əlaqələrin inkişafı üçün çox işlər görüb: "O, Rusiya ilə Şimali Atlantika Alyansı arasında münasibətlərin inkişafına öncülük edib, onun iştirakı ilə müvafiq qarşılıqlı fəaliyyət mexanizmləri yaradılıb”.
Putin Berluskoninin vicdanlı siyasətçi olduğunu bəyan edib: “Lakin o, italyan siyasətçisi idi. O, siyasətçi üçün qeyri-adi bir insan idi, çünki çox səmimi və açıq idi, bu boyda siyasətçilərin sahib olmadığı bir imtiyaz, o imtiyaz onun fikrini söyləmək idi. Çox heyif. Mən İtaliya xalqına və cənab Berluskoniyə yaxın olanların hamısına dərin təəssüf hissi və başsağlığı vermək istərdim. Bu, təkcə İtaliya üçün deyil, həm də dünya siyasəti üçün böyük itkidir”.
Ay Tac















