• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

“Putinin ağılsızlıq edəcəyini düşünmürəm” -  Deputat

SİYASƏT

10 Mart 2022 | 16:32 | Müəllif: Qalib İbrahimoğlu

“Putinin ağılsızlıq edəcəyini düşünmürəm” - Deputat

Bu gün beynəlxalq ictimaiyyətin diqqəti Rusiya və Ukrayna müharibəsinə yönəlib və hər kəs bu prosesi çox narahatlıqla izləyir. Beynəlxalq hüquq normalarına zidd olaraq, dinc mülki əhalinin yaşayış obyektləri Rusiya tərəfindən hücuma məruz qalır, yüzlərlə insan bunun qurbanına çevrilir.

Rusiyaya tətbiq edilən sanksiyalar gün-gündən artır. Prezident Vladimir Putinin nüvə silahı ilə bağlı verdiyi tapşırıq dünyanı təşvişə salıb. Putin doğrudan da nüvə silahından istifadə edə bilərmi?

Millət vəkili Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki,nüvə silahından istifadə etmək elə də asan məsələ deyil: “Silahın əsas hədəfi Amerika Birləşmiş Ştatlarıdır. Rusiya ola bilsin ki, ABŞ-ın bir-iki hədəfinə vura bilər, Avropanı da həmçinin. Lakin ABŞ da bu zərbəyə qarşılıq Rusiyanı vura bilər. Ona görə də kiminsə belə ağılsızlıq edəcəyini düşünmürəm, çünki bu, böyük bir fəlakət olar”.

Dediyinə görə, nüvə silahı elədir ki, onun zərbəsinin əks tərəfə də təsiri var: “Yaponiyaya atılan atom bombasının indikindən fərqi ondadır ki, onun əlində atılan zərbəyə qarşılıq verəcək imkanı yox idi. Əgər Yaponiyanın cavab vermək imkanı olsa idi, ABŞ o silahı istifadə etməzdi”.

Deputat qeyd edib ki, lakin bu gün Rusiyanın ata biləcəyi addıma cavab verə biləcək daha yüksək imkanlar var: “Belə bir halda, kim özünü məhvə sürükləyər? Ona görə də bu, inandırıcı deyil”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR