İranda Güney Azərbaycanın Zəncan şəhərində Qadın Konservatoriyasında yanğın nəticəsində 15 nəfər xəsarət alıb.
Bakıvaxtı.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Zəncan Tibb Universitetinin təcili yardım şöbəsinin başçısı İbrahim Xosrovşahi bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan 11-i hospitala yerləşdirilib.
Məlumata əsasən, İran təqvimi ilə (martın 21-dən) bu ilin ilk altı ayında 33 580 fövqəladə hal baş verib, hadisələr nəticəsində 33 216 nəfər yaralanıb.