• Bakı 27° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Ordubadda yol qəzası: 4 nəfər xəsarət aldı

HADİSƏ

20 Mart 2025 | 13:58

Ordubadda yol qəzası: 4 nəfər xəsarət aldı

Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisədə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri 1989-cu il təvəllüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, həmçinin polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

30 Iyun 2025