• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarladı - FOTO

HADİSƏ

20 Mart 2025 | 12:49

Polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarladı - FOTO

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Cəlilabad rayonunda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı Ruslan Hacıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətində verilən məlumata görə, ondan 9 kiloqram həşiş qətranı, marixuana, metamfetamin və 100 ədəd narkotik tərkibli metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, R.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


Polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarladı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR