• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qalatasaray” “Tottenhem”in futbolçusunu icarəyə götürüb

İDMAN

05 Avqust 2021 | 09:59

“Qalatasaray” “Tottenhem”in futbolçusunu icarəyə götürüb

Avropa Liqasında çıxış edən “Qalatasaray” heyətini daha bir futbolçu ilə gücləndirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Türkiyə klubu müdafiənin cinahlarından sonra mərkəzinə də transfer edib.

“Cim-bom” “Tottenhem”in üzvü Jafet Tanqanqanı heyətinə qatıb. 22 yaşlı ingiltərəli oyunçu birillik icarəyə götürülüb. “Sarı-qırmızılılar” tezliklə bu keçidi açıqlayacaq. “Tottenhem”in yetirməsi olan Tanqanqa İngiltərənin bütün aşağı yaş qrupu yığmalarında oynayıb.

Qeyd edək ki, “Qalatasaray” bir neçə gün əvvəl Saşa Boeyi “Renn”dən, Patrik van Aanholtu “Kristal Pelas”dan, Aleksandru Çiçaldaunu isə “Universitatya Krayova”dan transfer edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026