• Bakı 19° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanıldı

CƏMİYYƏT

06 Aprel 2023 | 10:45

Qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanıldı

Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR