• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Daha 2  polis işdən uzaqlaşdırıldı

CƏMİYYƏT

06 May 2023 | 10:08

Daha 2 polis işdən uzaqlaşdırıldı

Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib.

Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.

Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayon Polis İdarəsində aparılan xidməti kompleks yoxlamalar zamanı 8 vəzifəli polis zabiti işdən kənarlaşdırılmışdı. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026