Biləsuvar rayonunda bir neçə gün öncə sel təhlükəsi yaşanan Bolqarçay çayında suyun səviyyəsi əvvəlki vəziyyətinə qayıdıb.
Bakıvaxtı.az xəbər verir ki, çayda gursululuq nəticəsində Bolqarçay su anbarı da dolub.
Qeyd edək ki, mayın 31-i saat 02:00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub.
Sel sularının qarşısının alınması üçün xüsusi qərargah yaradılıb./report
















