• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zəlzələ haqqında yalan məlumat yayanları hansı cəza gözləyir?

CƏMİYYƏT

04 Iyul 2023 | 20:45 | Müəllif: Subhan Mahmudov

Zəlzələ haqqında yalan məlumat yayanları hansı cəza gözləyir?

Sosial şəbəkələrdə zəlzələ haqqında yalan məlumat yayanları hansı cəza gözləyir?

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən tənzimlənir.

Belə ki, yayılması qadağan edilən informasiyanın internet-informasiya şəbəkəsində yerləşdirilməsi, bunun qarşısının alınmaması inzibati məsuliyyət yaradır.

Qeyd edilən inzibati xətalara görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər. İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026