• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sabiq deputat şantaja görə tutulub - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

CƏMİYYƏT

04 Iyul 2023 | 23:31 | Müəllif: Subhan Mahmudov

Sabiq deputat şantaja görə tutulub - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Nazim Bəydəmirlinin saxlanma səbəbi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaş Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də N.Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.

 

21:22

Keçmiş deputat, iş adamı Nazim Bəydəmir polis tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil Aqil Layic sosial şəbəkə hesabında məlumat verib. O, qeyd edib ki, keçmiş deputat Gədəbəy hadisələrinə görə tutulub.


Sabiq deputat şantaja görə tutulub - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026