• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qanunsuz silahlar GÖTÜRÜLDÜ

CƏMİYYƏT

15 Avqust 2024 | 19:19 | Müəllif: Subhan Mahmudov

Qanunsuz silahlar GÖTÜRÜLDÜ

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində təyin olunmayan yerdə V.Qurbanov adlı şəxsin qanunsuz olaraq ov etdiyi müəyyən olunub.

Bakıvaxtı.az xəbər verir ki, saxlanılan şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz ovladığı çöl quşları aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 12 ədəd tüfəng aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026