• Bakı 22° C

    5.14 m/s

Qaqarinin ölümü barədə yeni versiya AQÇILANDI

DÜNYA

12 Aprel 2021 | 16:19

Qaqarinin ölümü barədə yeni versiya AQÇILANDI

Sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarinin ölüm səbəbi təyyarəsinin şar-zondla (meteozond) toqquşması ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə ehtimalı SSRİ-nin pilot-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Volınov irəli sürüb.

Onun sözlərinə görə, Qaqarinin həlak olduğu aviaqəza barədə bir sıra versiyalar var və həqiqəti təsbit etmək çətindi. Ancaq bir versiyaya görə, təyyarə böyük sürətlə meteoroloji şar-pilota çırpılıb.

Kosmonavt həmçinin yüksək sürətdə şarı əvvəlcədən görməyin mümkün olmadığını da qeyd edib.

Onu da qeyd edək ki, Volınov ilk kosmonavt korpusunun tərkibində Qaqarinlə birlikdə uçuşlara hazırlaşıb.

Yer kürəsi ətrafında dövr edən ilk insan Yuri Qaqarin 1968-ci il martın 27-də Rusiyanın Vladimir vilayəti Kirjaç rayonunun Novoselovo kəndi yaxınlığında MiG-15UTİ-nin sınaq uçuşu zamanı qəzaya uğrayaraq həlak olub. Təyyarədə onunla birlikdə pilot təlimatçı, alay komandiri Vladimir Sereqin də olub. Qəzanın dəqiq səbəbi hələ də müəyyənləşdirilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026