• Bakı 29° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Qar yağdı: Viruslar öləcək?

CƏMİYYƏT

15 Yanvar 2024 | 12:51 | Müəllif: Qalib İbrahimoğlu

Qar yağdı: Viruslar öləcək?

Bir neçə gündür ölkə ərazində qeyri-sabit hava şəraiti hökm sürür.

Bakıvaxtı.az xəbər verir ki. paytaxt başqa olmaqla əksər bölgədə güclü qar yağıb.

Adətən, qar yağanda yaşlı nəsil virusların öləcəyini, xəstəliyin azalacağını güman edir. Ümumiyyətlə, belə hava şəraitinin insanlar üçün hansı faydalı və ya zərərli tərəfləri var ?

Adil Qeybulla, tibb elmləri doktoru, professor

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, normal qış fəsli qar ilə müşayət olunmalıdır:

“Qışda qarın virus infeksiyalarını sıradan çıxarması, orqanizmin sağlamlığa adaptasiya imkanlarının artırılması faktdır. Amma çox təəssüflər olsun ki, biz artıq yeni iqlim dəyişikliyi ilə üz-üzəyik və onun hər cür təlatümlərinə də hazır olmalıyıq”.

Müsahibimiz qeyd edib ki, qlobal istiləşmə yer kürəsində havanın bütün rejimini pozub:

“Əslində qlobal istiləşmə bir az uğursuz termindir. Mən onu yer kürəsinin termerequlasiyasının pozulması yəni istilik tənziminin pozulması adlandırardım.

İndi bəzi yerlərdə istilər hökm sürdüyü halda bəzilərində görünməmiş qar yağır. Əvvəllər müşahidə olunmayan təbiət hadisələri baş verir, kütləvi daşqınlar, vulkanlar, zəlzələlər ,bundan başqa, əvvəllər qar yağmayan yerlərdə böyük qar örtüyünü əmələ gəlir buzlaqlar əriyir, yer kürəsinin istiliktənzim mexanizmləri pozulur. Bu da fəsillərin və ayrı-ayrı flora və faunın insanların yeni bir adaptasiya imkanlarını dəyişdirir. Beləcə bəzi bitki və heyvan növləri yoxa çıxır, insanlar xəstələnir".

Həkimin sözlərinə görə, qlobal istiləşmənin yaratdığı təhlükələr hələ qarşıdadır. Bunun qarşısı vaxtında alınmasa, nəticələr çox ağır olacaq:

“Atmosfer havasının daim çirklənməsi, istixana qazlarının, təyyarə yanacaq tullantılarının hamısının atmosforə atılması çox ciddi problemlər yaradıb ki, biz də bunun nəticələrini gələcəkdə daha aydın görəcəyik”.

Qalib Əsədov: həkim-nevroloq

Həkim-nevroloq Qalib Əsədovisə Bakıvaxtı.az-a açıqlamasında məsələnin nevroloji tərəflərinə diqqət çəkib:

“Hər şey bizim ona necə yanaşmağımızdan asılıdır. Qardan da, istidən də, yağışdan da zövq almaq olar. Bəzi insanlar qar yağanda əsəbiləşir, bəziləri şənlənir”.

Onun sözlərinə görə, orqanizmi sağlam olan şəxs bütün fəsillərə normal yanaşa bilər. Həyatdan, ətrafdan, baş verən hadisələrdən zövq ala bilirsənsə, pozitiv əhval-ruhiyyə yarada bilirsənsə, bütün havalar gözəldir.

“Təbiətdə pis hava yoxdur", - deyə Qalib Əsədov əlavə edib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026